İnsanlara hürriyət, millətlərə istiqlal!

Repetitorlar nazirlik tərəfindən rəsmi sertifikasiyadan keçməlidir

Pedaqoq və təlimçi anlayışları bir-birindən fərqlənir. Məktəblərdə pedaqoqlar fəaliyyət göstərir, repetitor isə müəllim deyil, təlimçidir. Son vaxtlar hətta bəzi məsul dövlət qurumlarının belə biznes fəaliyyəti ilə məşğul olduğunu müşahidə edirəm. Belə ki, həmin qurumlar əldə etdikləri bilgiləri pulla satırlar. Mən sual verirəm ki, bu qeyri-qanuni fəaliyyət deyilmi? Cavab olaraq bildirirlər ki, "qanunda elmi-pedaqoji fəaliyyətə icazə verilir". Lakin mən qeyd edirəm ki, onlar pedaqoq deyil, təlimçidirlər. Buna görə də bu fəaliyyət qanunsuz sahibkarlıq sayılır.

Musavat.com-un məlumatına görə, bunu Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov AzEdu.az-a müsahibəsində deyib.

O qeyd edib ki, burada söhbət akkreditasiya olunmuş universitetlərdən gedir:

"Məsələ ondadır ki, bu təlim kursları Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən akkreditasiyadan keçməyib. Bu səbəbdən təklif edirəm ki, repetitorlar rəsmi olaraq ETN tərəfindən sertifikasiyadan keçsinlər. Necə ki, bütün həkimlər fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyindən akkreditasiya almalıdır, eləcə də bütün repetitorlar mütləq sertifikatlaşdırılmalıdır. Biz bilməliyik ki, bu şəxslər kimdir və hansı səviyyədə təhsil xidməti göstərirlər. Ona görə də repetitor ETN tərəfindən sertifikat aldığını təsdiq etməli və təlimçi kimi fəaliyyət göstərə bilməlidir.

Bundan əlavə, bu sahədə əldə edilən gəlirlər də rəsmi şəkildə vergiyə cəlb olunmalıdır. Son vaxtlar ictimaiyyətdə elə hallar müşahidə edirik ki, bir nəfər 200 nəfərlik auditoriya qarşısında təlimçilik fəaliyyəti ilə məşğuldur. Mən hesab edirəm ki, hər şey qanun çərçivəsində tənzimlənməlidir. Kölgə iqtisadiyyatına son qoyulmalıdır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR