Onlayn ictimai-siyasi qəzet
Reper Oksimiron (əsl adı Miron Fyodorovdur) cinayət maddəsi ilə axtarışa verilib. Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki bunu Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazası sübut edir.
“Fyodorov Miron Yanoviç, doğum tarixi: 31.01.1985-ci il, Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - kartda yazılıb.
Qeyd olunur ki, reperə qarşı xarici agent fəaliyyəti qaydalarını pozduğuna görə iş açılıb.
KP.RU saytının yazdığına görə, 2022-ci ilin oktyabr ayının 7-də Ədliyyə Nazirliyi reper Oksimironu xarici agent funksiyalarını yerinə yetirən şəxslər siyahısına əlavə edib.
Həmin il avqustun 30-da ifaçıya qarşı iddia qaldırılıb. Hərtərəfli psixoloji və linqvistik araşdırmanın nəticələrinə görə, musiqi əsərlərindən birində zorakılıq hərəkətlərinin ictimai əsaslandırılması əlamətləri və zorakılıq ideologiyası aşkar edilib.
Xatırladaq ki, reper Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiyanı tərk edib və Rusiya Federasiyasının hərəkətlərinə açıq şəkildə qarşı çıxıb.
Qeyd edək ki, Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başlayandan sonra bu hərbi kampaniyaya qarşı hər hansı bir fikir söyləyən hər kəsə “xarici agent” damğası vurulur.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ