İnsanlara hürriyət, millətlərə istiqlal!

Regionlarda kommunal xərclər, vergilər 50% azaldılmalıdır” - DEPUTAT

“Bu gün ən böyük problemlərdən biri işsizlikdir”.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclası zamanı bildirib.

“Bu problemin üzərində işləmək lazımdır. Regionlarda iş yerləri açılmalıdır. Orada kommunal xərclər, vergilər 50% azaldılmalıdır. Bununla da problemləri müəyyən qədər azaltmaq olar. İstənilən sahibkar Bakıda zavod, fabrik tikə bilirsə, o niyə regionda gedib bunları etməlidir?” - deyə millət vəkili qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR