İnsanlara hürriyət, millətlərə istiqlal!

“Real” Mbappenin transferini elan etdi

Fransalı futbolçu Kilian Mbappe “Real”a keçib.

“Report” xəbər verir ki, bu barədə “Kral klubu” rəsmi saytında məlumat yayıb.

Mbappenin “Real” ilə müqavilə müddəti 2029-cu ilə qədərdir. Futbolçu daha əvvəl sosial şəbəkədə 2023/2024 mövsümünün sonunda PSJ-ni tərk edəcəyini açıqlamışdı.

Xatırladaq ki, 2017-ci ildə icarə əsasında PSJ-yə keçən 25 yaşlı hücumçu 2018-ci ilin yayında “Monako”dan paytaxt klubuna satılıb. Bu müddət ərzində o, bütün turnirlərdə 306 matçda iştirak edib, 255 qol vurub və 108 məhsuldar ötürmə edib.

Kamerun əsilli oyunçu ötən mövsüm PSJ-nin heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı fransalı forvardın bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR