Onlayn ictimai-siyasi qəzet
İspaniyanın "Real" klubu Cənubi Koreya və "Napoli"nin futbolçusu Kim Min-Ce ilə yaxından maraqlanır.
Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 26 yaşlı müdafiəçini birbaşa transfer etmək istəyir.
"Napoli" cari mövsümün əvvəlində koreyalı futbolçu üçün "Fənərbağça"ya 18 milyon avro ödəyib. A Seriyası nəhəngi ilə 2027-ci ilədək müqaviləsi olan Kim Min-Cenin satış qiyməti 45 milyon avrodur.
Qeyd edək ki, Kim Min-Ce "Mançester Yunayted" klubunun da transfer siyahısındadır.
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ