İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real"dan Ardaya üzücü xəbər - Heyətdən çıxarıldı

"Sevilya" ilə matçın heyətinə daxil edilməyən "Real Madrid"in futbolçusu Arda Güler "Braqa" ilə matçının heyətində də yer almayıb.

Musavat.com metbuat.az-a istinadən xəbər verir ki, zədəsini sağaldan "Sevilya" ilə oyunun heyətində yer alacağı deyilən Ardanın Çempionlar Liqası çərçivəsində oynanılacaq "Braqa" ilə matçın heyətində də yer almaması futbolçunu üzüb.

Qeyd edək ki, baş məşqçi Karlo Ançelotti Ardanın hələ hazır olmadığını bildirmişdi. Onun sözlərinə görə, Arda Güler yaxşı formada olsa da, tam hazır deyil. Arda Güler "Real Madrid"in heyətində iki dəfə zədələndiyi üçün hələlik əsas heyətdə yer almayıb. Xarici KİV-lərin iddiasına görə, "Real" əvvəlcə futbolçuya "Sevilya" ilə matçın heyətində yer alacağını bildirsə də, o heyətə daxil edilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR