Onlayn ictimai-siyasi qəzet
"Real Madrid"in Arda Gülərlə bağlı planı üzə çıxıb.
Metbuat.az xəbər verir ki, klub Arda üçün xüsusi plan hazırlayıb. "Real Madrid"in məşqində uğurlu oyun nümayiş etdirən 18 yaşlı futbolçu, klubun ABŞ-da qatılacağı turnir üçün 25 nəfərlik heyətdə özünə yer tapıb. Lakin klub Ardanın fiziki imkanlarının zəif olduğunu qeyd edib. “AS” qəzetinin xəbərinə görə, “Real” Arda Gülərin performansına mənfi təsir göstərmədən əzələ gücünü artırmağa yönəlmiş proqramı həyata keçirir.
Proqram tətbiq edilərkən onun yaradıcılığına, sürətinə və oyuna baxışına mənfi təsir göstərməməsi üçün tədbirlər görülüb. “Real” əvəllər Vinicius və Rodrigo üçün də proqram tətbiq edib.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ