İnsanlara hürriyət, millətlərə istiqlal!

Zeynəb Həsəni bu səbəbdən gəlinlik geyinibmiş

Müğənni Zeynəb Həsəninin toy görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, müğənni toy etməsi barədə yayılan iddialara cavab verib. Bir neçə gün öncə sosial mediada gəlinlik görüntüləri ilə diqqət çəkən ifaçı toy video və fotolarının klipdən olduğunu bildirib.

Müəllifinin Elçin Məhərrəmov olduğu "Söz ver” mahnısı üçün Zeynəb kamera qarşısına keçib.

Ekran işinin rejissoru Xəyal Hüseyndir.

Klipin büdcəsinin 20 min manat olması barədə "İncə səhər” verilişində iddia irəli sürülsə də, Zeynəb bunu təkzib edib:

"20 min manat getməyib, insanları aldada bilmərəm. Onsuz da gəlinlikdən dolayı insanlar deyəcəklər ki, bizi aldatdı. Çox xərcimiz çıxıb, amma 20 min manat deyil. Komanda da çalışanlar çox idi, mən hallallıq almağı sevirəm. Hərəsinin qonorarı fərqli idi”, - deyə, Zeynəb söyləyib.

Könül,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR