İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: İrəvanda Aİ müşahidəçisinin meyiti TAPILDI

İrəvanda Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının üzvünün meyiti tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, avropalı məmurun meyiti İrəvan hotellərindən birində aşkarlanıb.

İlkin məlumata görə, onun infarktdan vəfat etdiyi ehtimal olunur.

Xatırladaq ki, yanvar ayının sonunda Avropa İttifaqı ölkələrinin səfirləri Brüsseldə keçirilən iclasda Aİ-nin Ermənistandakı mülki missiyasının uzadılması barədə qərar qəbul ediblər. Həmin qərara əsasən, Avropa müşahidəçiləri Ermənistanın sərhəd bölgələrində daha iki il, yəni 2027-ci il fevralın 19-dək qalacaqlar. Bakı dəfələrlə bəyan edib ki, Aİ missiyasının Ermənistan ərazisində, Azərbaycan-Ermənistan sərhədinə yaxın mövcudluğu Cənubi Qafqazda sabitlik üçün ciddi risklər yaradır.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR