İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin keçmiş arvadının şirkətləri zərərdə

Lyudmila Oçeretnayanın əri haqda məlumatlar hələ də məxfi saxlanılır

Vladimir Putinin keçmiş həyat yoldaşı ilə əlaqəli mikromaliyyə təşkilatları xalis mənfəəti xeyli pisləşib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Putinin keçmiş arvadı Lyudmila Oçeretnaya ilə əlaqəli olan CarMoney mikromaliyyə şirkəti 2024-cü ilin nəticələrinə əsasən xalis mənfəətinin iki dəfə azaldığını bildirib. Təşkilat illik 90% faiz dərəcəsi ilə cəmi 4 milyard rubl məbləğində kreditlər təqdim etsə də, yekun mənfəət əvvəlki ildəki 647 milyon rubla qarşı 326 milyon rubl təşkil edib.Eyni zamanda, maliyyə hesabatlarında əsas risklər kimi geosiyasi turbulentlik, yüksək inflyasiya və əhalinin maliyyə vəziyyətinin pisləşməsi göstərilir. 

scale_1200.png (350 KB)

CarMoney ölkənin ən yaxşı 20 mikromaliyyə təşkilatı sırasına daxil olub. 2024-cü ildə şirkət öz borcalanlarına qarşı 1600-dən çox iddia qaldırıb. İşlərin əksəriyyəti avtomobillə təmin olunmuş müqavilələrə aiddir: kredit götürənlər nəinki kredit borcunu ödəyə bilməyib.

Maliyyə çətinliyinə baxmayaraq, 2028-ci ilə qədər CarMoney ildə 2,9 milyard rubla qədər gəlir əldə etməyi, borcluların portfelini 450 min nəfərə çatdırmağı planlaşdırır. CarMoney-in tərəfdaşları arasında keçmiş baş nazir Mixail Fradkovun oğlu Pyotr Fradkovun nəzarətində olan “Promsvyazbank” da var. Lyudmila Oçeretnayanın digər şirkətlərindən biri olan Zaprosto smartfonlarının icarəsi üzrə startapı idarə edən Meridian MMC-nin də mənfəəti azalıb. Bu sahədə maliyyə itkiləri xidmətə marağın azalması ilə müşayiət olunur.

Lyudmila Putinlə 1983-cü ilin yayında ailə qurub. O, evləndikdən üç il sonra Leninqrad Dövlət Universitetini bitirib. 

894c44c81ab099932e96638d7fcf500f_250x0_500.308.0.0.jpg (102 KB)

1986-1990-cı illərdə əri ilə birlikdə ADR-də yaşayıb. 1990-1994-cü illərdə Leninqrad Dövlət Universitetinin müəllimlərin təkmilləşdirmə kafedrasında alman dilini tədris edib.

2013-cü ilin iyununda Vladimir Putindən boşanıb. Hələ bir neçə il əvvəl onun Artur Oçeretnaya ərə getdiyi xəbər verilirdi. Lakin hələ də bu nikahla bağlı məlumatlar şərh edilmir. Kremlin mətbuat katibi Dmitri Peskov isə Lyudmilanın şəxsi həyatı ilə bağlı heç bir şərh verə bilməyəcəyini açıqlayıb və onun Vladimir Putindən boşandığını bir daha vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR