İnsanlara hürriyət, millətlərə istiqlal!

“Raytheon”: “Ukraynaya qarşı müharibə Qərbin silah alışında prioritetlərini dəyişəcək”

“Ukraynadakı müharibə dünyanı yeni nəsil yüksək texnologiyalı sistemlərlə yanaşı, adi silahların da alınmasına yenidən diqqət ayırmağa məcbur edəcək”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir dünyanın ən böyük silah şirkətlərindən biri, Pentaqonun beş hərbi podratçısından biri sayılan “Raytheon”un baş icraçı direktoru Qreq Heys tərəfindən “Financial Times” qəzetinə müsahibəsində səslənib.

Onun sözlərinə görə, hökumətlər tükənmiş silah ehtiyatlarını artırmağa çalışdığı üçün növbəti iki il ərzində "satınalma prioritetlərini də dəyişəcəklər”.

“Rusiyanın təcavüzünün qarşısını almaq üçün adi silah sistemlərinə daha çox ehtiyacımız olacaq”, - deyə Heys qeyd edib.

Heysin bildirdiyinə əsasən, Rumıniyada sərhəd boyunca “Patriot” zenit-raket kompleksləri, raket əleyhinə və zenit sistemlərinin qurulmasına ehtiyac var.

"Ukraynadakı müharibə hazırda diqqət mərkəzində olmayan bəzi köhnə texnologiyalar ölkəni qorumaq baxımından hələ də etibarlı olduğunu göstərir,-deyə baş icraçı bildirib.

Qeyd edək ki, bu ilin may ayında Birləşmiş Ştatlar son 20 ildə ilk dəfə olaraq “Raytheon”da 624 milyon dollara 1300 ədəd “Stinger” raket sistemləri alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR