İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu Sərvər Bəşirlidən yazdı: "Belə gözütox insana nadir rastlanır"

Azərbaycanda özünün köhnə "Jiquli"si ilə Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım daşıyan zaman görüntülənən Laçın qaçqını Sərvər Bəşirli "Yeni Müsavat" Media Qrupunun redaksiyasını ziyarət edib, media qrupunun rəhbəri Rauf Arifoğlu ilə görüşüb.

Rauf Arifoğlu görüşlə bağlı öz təəssüratlarını yazıb.

Musavat.com olaraq həmin yazını oxucularımıza təqdim edirik:

"Azərbaycanın başını uca edən və Türkiyədə də məşhurlaşan Sərvər Bəşirli bu gün redaksiyamıza gəldi. Həm efirimizə çıxdı, həm də xeyli danışdıq. Bu qədər gözü-könlü tox adama nadir hallarda rast gəlinir.

Bir xeyriyyəçi iş adamı dostumuz "Yeni Müsavat" vasitəsilə ona dəstək olmaq istəyir. Sərvər qardaşımız: "mən bunu hədiyyə, dəstək üçün eləmədim, ürəyimdən gəldi, Türkiyə üçün elədim. Özüm uşaqlıqdan qaçqınlıq həyatı yaşamışam, evsizliyin nə olduğunu bilirəm. O şəkli təsadüfən çəkməsəydilər, heç kim bunu bilməyəcəkdi. Heç nəyə gərək yoxdu", - deyir.

Sabah Sərvər və daha iki yaxın qohumu könüllülərlə birlikdə Bakıdan Şanlıurfaya gedirlər. Fəlakət bölgəsində çalışacaqlar. Allah darda olanlara da, onlara yardıma gedənlərə də kömək olsun. Biz isə çalışacağıq ki, ülküçü iş adamı qardaşımızın hədiyyəsini Sərvər qardaşımız qəbul etsin. Sabah bu barədə daha ətraflı məlumat verəcəm".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR