İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramasvami təkrar etməkdən doymur: “ABŞ Rusiyanın yeni ərazilərini tanımalıdır”

ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami bildirib ki, Birləşmiş Ştatlar hökuməti Ukrayna münaqişəsinin tezliklə həlli üçün Rusiya Federasiyasına yeni ərazilərin daxil olmasını tanımalıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ramasvaminin baxış bucağına görə, Rusiya ilə Ukrayna arasında münaqişəni tez bir zamanda dayandırmağa kömək edəcək düzgün və ağlabatan yol sövdələşməyə getmək olar. “Biz hazırkı nəzarət xətlərini təxminən indi olduğu yerdə dondurmalı və həmin rusdilli əraziləri Rusiyaya təhvil verməliyik”, - deyə siyasətçi fikirlərini bölüşüb.

Ramasvami qeyd edib ki, münaqişənin həlli istiqamətində atılacaq daha bir addım Şimali Atlantika Alyansının Ukraynanı Qərbin hərbi-siyasi blokuna qəbul etməyəcəyinə dair qəti vədi olacaq. Bununla belə, ABŞ prezidentliyinə namizəd əlavə edib ki, belə bir sövdələşmə birtərəfli olmamalıdır; bunun müqabilində o, Rusiya və Çin arasında ittifaqın parçalanmasını tələb edir, çünki Ramasvaminin sözlərinə görə, bu, Amerika tərəfi üçün ən böyük təhlükəyə çevrilib.

Qeyd edək ki, öz namizədliyi barədə ilk anonsu edəndən bu günə qədər Ramasvami dəfələrlə bu mövqedən çıxış edib və bu tezisləri təkrar etməkdən usanmır. O, respublikaçıların vahid namizədi olmaq fikrindədir və əsas rəqibi Trampın tezislərini başqa formada təkrarlayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR