İnsanlara hürriyət, millətlərə istiqlal!

Rahiblərin gizli tunellərlə canlarını xilas etdikləri sirlərlə dolu abidə - VİDEO

Əfsanəyə görə, imperator Yustinyan yuxusunda bir qoca kişinin ona gümüş lövhəyə çəkilmiş kilsə rəsmi göstərdiyini görür. Yustinyan bunun qarət olunmuş Meqale Ekklesia olduğunu anlayır. İmperator yaşlı adamdan "Bəs kilsənin adını nə qoyaq?" deyə soruşur. Yaşlı adam belə cavab verir: "Əlbəttə ki, Ayasofya".

İki min ilə yaxındır ayaqda duran bu abidə möhtəşəmliyinə görə dünyanın möcüzələrindən biri hesab olunur.

Əvvəl kilsə, daha sonra məscid olan bu möhtəşəm tikilinin ilk dəfə eramızın 360-cı ilində imperator Konstantin tərəfindən inşa olunduğu bəllidir. Ona Meqale Ekklesia, yəni "Böyük kilsə" adı verilir. İstanbulda 404-cü ildə baş verən iğtişaşlar zamanı yandırılır. Sonradan imperator 2-ci Feodosi tərəfindən bərpa edilən kilsənin təmir işləri 415-ci ildə bitir. Amma 532-ci ildə yenidən qarət olunur və dağıdılır.

Nəhayət, imperator Yustinyanın göstərişi ilə tikintisi yenidən başladılır. Minə yaxın usta və on minə yaxın fəhlə 5 il ərzində gecə-gündüz işləyərək dövrün ən böyük məbədini inşa edirlər. Amma ən böyük işi 2 riyaziyyatçı və həmçinin memar olan Anfimi və İsidor görür. Binanın memarlığından tutmuş istifadə ediləcək tikinti materiallarına qədər, həmçinin sütunların sayı və gümbəzin hündürlüyü də daxil olmaqla qüsursuz hesablamalar sayəsində böyük Ayasofya ucaldılır.

Bu böyüklükdə və hündürlükdə olan tikilinin zəlzələ və sair təbii hadisələrdən dolayı zərər görməməsinin səbəbini insanlar buranın tilsimli olması ilə əlaqələndirirlər. Amma tilsim yox, məhz elmin sayəsində bu məbəd hələ də ayaqdadır. Məsələ burasındadır ki, kərpic və daşların bu böyüklükdə tikintiyə ağır gələcəyini bilən iki memar maraqlı qarışım hazırlayır. Əhəng, dəniz qumu və kərpic tozundan əmələ gələn qarışım Ayasofyanın tilsimi imiş.

Rəvayətə görə, Fatih Sultan Mehmet Ayasofyaya daxil olarkən rahiblər İsa peyğəmbərin əlində tutduğuna inanılan müqəddəs piyalə ilə birlikdə məbədin divarları arasında gizlənirlər və yoxa çıxırlar.

İstanbul zəlzələ bölgəsi olduğu üçün tikililərin çökdüyü təqdirdə digər evlərə ziyan dəyməsin deyə alt qisimdə dərin çuxurlar qazılarmış. Bu səbəbdən Ayasofyanın altında 70 metr dərinliyində içində su olan zirzəmilər və tunellər var. Zirzəmilər o qədər böyükdür ki, içində qayıqla belə üzmək olur. Demək ki, rahiblər Ayasofyanın bu gizli zirzəmiləri vasitəsilə havalandırma və su xətləri yolu ilə qaçmağı bacarıblar. Amma bu tunellərin daha hansı sirləri özündə gizlətməsi hələ də müəmmalıdır.

Ətraflı Baku TV-nin araşdırmasında:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR