İnsanlara hürriyət, millətlərə istiqlal!

Qvardioladan İbrahimoviçə kinayəli cavab

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Milan"ın hücumçusu Zlatan İbrahimoviçin tənqidlərinə cavab verib.

Bir müddət əvvəl isveçli oyunçu deyib ki, Qvardiola öz eqosuna görə futbolçularının güclənməsinə və inkişafına mane olur. Onun fikrincə, komandanın yeni trasnferi Erlinq Haalandın "Siti"də irəliləməsi Qvardioladan yox, ilk növbədə onun özündən asılı olacaq.

Qol.az xəbər verir ki, Qvardiola bununla əlaqədar Britaniya mediasına açıqlamasında kinayəli şəkildə deyib: "İbrahimoviç haqlıdır, tamamilə haqlıdır. Bu klubda, bu komandada mənim eqom hər bir insandan, hər bir oyunçudan üstə durur. Erlinq Haalandın hər oyunda üç qol vurması, ona bunun üçün şərait yaradılması mənim xoşuma gəlmir. Ona çox paxıllıq edirəm! Düzünü desəm, çox qısqanıram!

Mən ona dedim ki, Erlinq, lütfən, bir daha qol vurma. Yoxsa qəzetlər daha məndən yox, səndən yazacaq. İbrahimoviç düz deyir. O, məni çox yaxşı tanıyır. Ola bilsin ki, o, yenə bir kitab da yazsın”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR