Onlayn ictimai-siyasi qəzet
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi haqda danışıb.
Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu sözləri deyib:
“8 ildur “Mançester Siti”də işləyirəm. Burada çox qalmaq fikrində deyiləm. Amma bu, getməyim demək deyil.
Əmin olmaq istəyirəm ki, ayrılmaq və ya işləməyə davam etmək təkcə mənim üçün deyil, klub və futbolçular üçün də doğru qərar olacaq. Getmək qərarına gələndə bunu deyəcəyəm. Gəlin görək nə baş verir. Müqavilənin uzadılması ehtimalını tamamilə istisna etmirəm".
Qeyd edək ki, Qvardiolanın "Siti" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ