Onlayn ictimai-siyasi qəzet
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futboldakı şəxsi motivasiyasından danışıb.
“Goal” ispaniyalı mütəxəssisin dediklərini belə təqdim edib:
“Mən bu işi sevirəm. Üstəlik, bunun üçün çox yaxşı məvacib ödəyirlər. Mən həm Madriddə, həm də Lutonda matçlar oynamağı sevirəm. Mən bunu nə zaman hiss etməməyə başlasam, hər şeyi bitirəcəm”.
Xatırladaq ki, ötən mövsüm “Mançester Siti” ispan mütəxəssisin rəhbərliyi altında Premyer Liqa, İngiltərə Kuboku və Çempionlar Liqasını qazanaraq treble nail olub. Ötən gün “şəhərlilər” Çempionlar Liqasının 1/4 finalında “Real”la ilk oyununu keçirib. Görüş 3:3 hesabı ilə heç-heçə başa çatıb. (fanat.az)
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ