İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna hərbçisi: Rusiya ordusu bütün Pokrovsk rayonlarına daxil olub — şəhər boz zonaya çevrilib

Ukrayna Silahlı Qüvvələrinin 68-ci briqadasının hərbçisi bildirib ki, Rusiya qoşunları Pokrovsk şəhərinin demək olar bütün rayonlarına daxil olub.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, rus qüvvələri hələ heç bir mövqedə tam möhkəmlənə bilməyib — şəhər faktiki olaraq “boz zona” sayılır və mövqelər tez-tez tərəflər arasında əldən-ələ keçir.

Qrışino və Rodinsk istiqamətindən şəhəri mühasirəyə almaq cəhdləri davam edir, lakin mühasirənin tamamlanmasından hələ çox uzaqdır.

“Hazırda nəzarət yalnız dronlar vasitəsilə mümkündür,” – deyə ukraynalı hərbçi vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR