Onlayn ictimai-siyasi qəzet
İspaniya La Liqasında “Real Madrid” “Valensiya” üzərində 4:0 hesablı qələbə qazanaraq xalını 30-a yüksəldib.
Musavat.com xəbər verir ki, komandaya qələbəni gətirən qolları Kilian Mbappe (2), Cud Bellinqem və Alvaro Karreras vurub.
Matçın ilk yarısında gənc ulduz Arda Gülərin topuğu burxulub. Buna baxmayaraq, Arda oyuna davam edib. “Real Madrid” ikinci hissəyə iki dəyişikliklə başlayıb - Arda meydanı tərk edib.
İspaniyanın AS qəzeti Arda Gülərin son durumunu açıqlayıb. Bildirilib ki, onun zədəsi ciddi deyil.
“Real Madrid” Çempionlar Liqasının 4-cü turunda çərşənbə axşamı “Liverpul”la qarşılaşacaq. Arda Gülərin bu matçda iştirak etməyəcəyi qeyd olunub. Ardanın “Liverpul” qarşılaşmasında meydana çıxacağı gözlənilir.
Musavat.com
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ