İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan Aİ-yə sərt mesaj: "Putinə açıq bazar verilməli deyil"

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl Avropa İttifaqını Rusiya poladının idxalını tamamilə qadağan etməyə çağırıb.

“Heç bir metal zavodu işçisinə izah edə bilməzsiniz ki, Avropa hələ də Putinə bazarını açıq saxlayır,” – deyə siyasətçi “Polad sammiti” ərəfəsində Berlində bəyan edib.

Musavat.com-un məlumatına görə Klinqbayl qeyd edib ki, 6 noyabrda keçiriləcək “Polad sammiti” Aİ-nin sənaye siyasətində dönüş nöqtəsi olmalıdır və Rusiya metallurgiyasına çıxışın bağlanması Almaniya üçün “milli təhlükəsizlik məsələsi” sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR