İnsanlara hürriyət, millətlərə istiqlal!

Qvardiola: "Haaland qarşısıalınmaz olacaq"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yeni transferləri Erlinq Haalandla bağlı gözləntilərini bölüşüb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis norveçli hücumçu ilə bağlı deyib: “O, növbəti oyuna hazır olmalıdır. Haalandın bir az problemi var idi, ona görə də risk etmək istəmədik. Ola bilsin ki, o, “Bavariya” ilə matçda heyətdə olacaq. Cəmi iki məşq edib. Mövsüm uzundur. Haaland formasını bərpa etdikdən sonra qarşısıalınmaz olacaq”.


Xatırladaq ki, Haaland "Mançester Siti"yə Dortmund "Borussiya"sından təxminən 75 milyon avroya keçib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR