İnsanlara hürriyət, millətlərə istiqlal!

Qusarda QƏZA: Ölən və yaralananlar var

Qusar rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

"Report"un məlumatına görə, Qusar-Xudat avtomobil yolunun Çingiz Qurbanov küçəsindən keçən hissəsində "Chevrolet Cruze" markalı minik avtomobili ilə VAZ-2107 markalı avtomobilin toqquşması sonuncu nəqliyyat vasitəsinin sürücüsünün ölməsi ilə nəticələnib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Hadisə zamanı Qusar rayon sakinləri - 2001-ci il təvəllüdlü Fərrux Kamran oğlu Savziyev, 1989-cu il təvəllüdlü Orxan Əjdər oğlu Şəkərxanov və 1999-cu il təvəllüdlü Amik Nazim oğlu Hasəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR