İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qurumlarla media arasında əməkdaşlıq vacibdir" - Natiq Məmmədli

Azərbaycanda media etikası üçün hüquqi məsuliyyət nəzərdə tutulmayıb.

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, onlar yalnız ictimai qınağa tutulur.

"Media sahəsində nüfuzunu itirmiş media orqanı artıq fəaliyyət göstərə bilmir. Uzun müddət reket jurnalistlərinin siyahısı tutulurdu. O siyahıya düşən jurnalistlərdən qurumlar çəkinirdi. Amma artıq bu cür hallar yoxdur. Media reyestrinin yaranmasına sayılı günlər qalıb

Artıq bu reyestr yarandıqdan sonra oraya daxil olan media subyektlərinin fəaliyyəti, mühiti daha da sağlamlaşacaq. Qurumlarla media arasında əməkdaşlıq vacibdir. Medianın İnkişafı Agentliyi tərəfindən hər ay müxtəlif qurumlarla təlimlərimiz olur və jurnalistlər bu təlimlərdə təkmilləşdikcə hər şey daha da yaxşı olacaq",- N.Məmmədli deyib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR