İnsanlara hürriyət, millətlərə istiqlal!

Quru yolla Azərbaycandan keçmək istədilər, yaxalandılar

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Musavat.com-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində 2 (iki) nəfər Banqladeş Xalq Respublikası vətəndaşı – 1985-ci il təvəllüdlü Mon Pabon Chandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR