İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanovdan kövrələrək ayrıldığı futbolçusuna XÜSUSİ ZƏNG

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted"in (Tailand) Asiya Çempionlar Liqasındakı matçından sonra insident yaşanıb.

Çində "Çjetsyan" ilə qarşılaşmanın (3:2) ardından futbolçular arasında qarşıdurma olub.

Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Nəticədə o, qonaqların ən çox döyülən futbolçularından biri olub.

Millimizin üzvünə ilk dəstək verənlərdən biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov olub. Təcrübəli mütəxəssis hadisədən xəbərdaq olduğu ilk andaca sabiq yetirməsi ilə əlaqə saxlayıb.

O, Şeydayevə "Səninlə fəxr edirəm. Hər zaman gördüyümüz mərd Ramili gördük", - deyərək dəstək göstərib.

Həm də bundan sonra daha səbrli olmağa çağırıb.

Legioner futbolçumuz isə özünü yaxşı hiss etdiyini bildirib və dəstəyi üçün Qurban Qurbanova təşəkkür edib.

Şeydayev 2017/18 mövsümü və 2021-23 illəri aralığında Qurban Qurbanovun rəhbərliyi altında "Qarabağ"da çıxış edib. Qurbanov bir neçə dəfə Şeydayevə olan xüsusi rəğbətini dilə gətirib. O, hətta Ramilin sonuncu dəfə "Qarabağ"dan ayrılmasına kövrələrək reaksiya vermişdi. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR