Onlayn ictimai-siyasi qəzet
Martın 30-da 9 siyasi qüvvənin iştirakı ilə Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilər keçiriləcək.
Musavat.com bu barədə erməni mediasına istinadla xəbər verir.
Gümrünün keçmiş meri, indi isə şəhər merliyinə namizəd Vardan Qukasyan seçicilərlə görüşündə Nikol Paşinyan hakimiyyətini tənqid edərkən sərsəm iddialar səsləndirib.
“Bu taleyüklü məqamda Ermənistan rəhbərlərinin “artsax” müharibəsi zamanı nəyi rəhbər tutduqlarını, “artsaxı” türklərə necə təslim etdiklərini, indi türklərin və Azərbaycanın liderlərinin əmrlərini necə dəstəklədiklərini görürük: Konstitusiyanı dəyişmək istəyirlər, Sünik (Zəngəzur - red.) məsələsini qaldırırlar, Sevan (Göyçə - red.) məsələsini də qaldıracaqlar. Nə qədər güzəştə getsək, türklərin iştahı bir o qədər güclü olar. Bu, onların həyata keçirmək istədikləri pantürkizm proqramıdır”, - Qukasyan iddia edib.
Musavat.com
23 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ