İnsanlara hürriyət, millətlərə istiqlal!

İdlibdə güclü partlayış: iki ölü, dörd yaralı, anbar dağılıb

 İdlib şəhərində silah-sursat anbarında baş verən partlayış nəticəsində iki nəfər həlak olub, dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Musavat.com xəbər verir ki, hadisə yerinə dərhal təcili yardım və xilasedici qruplar cəlb olunub.

Yerli mənbələrin məlumatına görə, partlayışın gücü anbarın ətrafındakı binalara da ziyan vurub, dağıntılar əmələ gətirib və yaxınlıqda yaşayan sakinlər arasında təşviş yaradıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb və onların vəziyyəti həkim nəzarətindədir.

Hadisənin səbəbləri barədə ilkin versiya silah-sursatın təsadüfi partlamasıdır, lakin təhlükəsizlik qüvvələri araşdırmaları davam etdirir. Partlayışın ətraf ərazilərdə əlavə təhlükəsizlik tədbirləri ilə müşayiət olunduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR