İnsanlara hürriyət, millətlərə istiqlal!

Golf oyunu onu Trampın Rusiya və Ukrayna üzrə əsas məsləhətçisinə çevirdi

Finlandiya prezidenti Aleksandr Stubb ABŞ prezidenti Donald Tramp ilə birgə golf oyunu sayəsində yaxın münasibətlər qurub.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Nəşrin məlumatına görə, Tramp Stubbın oyun bacarığından çox təsirlənib.

Bundan sonra onların əlaqələri müntəzəm xarakter alıb. Belə ki, Tramp tez-tez finlandiyalı həmkarı ilə Rusiya və Ukrayna ilə bağlı məsləhətləşir.

WSJ bildirir ki, Tramp finlandiyalı həmkarının fikrinə daha müsbət reaksiya verir. Avropa rəsmiləri qeyd edirlər ki, Stubb xüsusilə Oval Ofisdə gərgin müzakirələrdən sonra Ukrayna prezidenti Volodimir Zelenski üçün əvəzolunmaz vasitəçiyə çevrilib.

“Trampa avropalıların və ya Volodimir Zelenskinin nə düşündüyünü, sonra isə avropalı həmkarlarıma Trampın nə düşündüyünü çatdıra bilərəm”, - Stubb deyib.

Məlumatada bildirilir ki, liderlər iş vaxtı olmasa belə, telefonla danışır və mesajlaşırlar. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR