Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqına üzvlük tələbi ilə imza toplanması və ətrafda baş verənlər bəzi siyasi qüvvələrin qeyri-rəsmi seçki kampaniyasından başqa bir şey deyil. Hətta Ermənistan Respublikasının indiki hökuməti də başa düşür ki, Ermənistanın AB-nə inteqrasiyası və AB-nə üzvlüklə bağlı referendumun keçirilməsi tezdir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Arman Qukasyan tərəfindən səslənib.
Qukasyanın iddiasına görə Avropa Birliyi ilə Avropa Assosiasiyası Sazişini imzalayan ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayıb. Buna nümunə olaraq o, Moldovanı göstərib.
Erməni politoloqun fikrincə, yaxın gələcəkdə mühüm hadisələr gözlənilir: oktyabrın 26-da Gürcüstanda keçiriləcək seçkilər regionda çox şeyi həll edəcək.
“Qərblə Rusiya arasında münasibətlər pisləşdiyi üçün yaxın gələcəkdə Ermənistan hakimiyyətindən də açıq addımlar gözləniləcək”,-deyə erməni ekspert bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ