İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyevdən kameralar və nəqliyyatla bağlı təkliflər

Deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin iclasında rəsmilərin diqqətinə çatdırmaq istədiyi mühüm bir məsələdən bəhs etdi: “Bu günlərdə bizim hörmətli həmkarımız Fazil Mustafaya qarşı təşkil olunmuş xarici dövl\ətlərin, xüsusilə də İran xüsusi xidmət orqanlarının işbirliyibndə olan cinayətkar dəstənin üzvləri ifşa olundu və Daxili İşlər Nazirliyinin əməkdaşları yüksək peşəkarlıqla bu cinayətin üstünü qısa müddətdə açdılar. Mən bunu bir daha ona görə xatırladıram ki, Bakı şəhərində təhlükəsizlik kameralarıın sayının artırılmasına çox ciddi ehtiyac var. Rəqəmlərə diqqət yetirdim, məsələn, Londonda 9 milyon 425 min insan yaşayır, amma hökumət tərəfindən 942 562 təhlükəsuizlik kameraları quraşdırılıb. Bu hər 10 nəfərə bir təhlükəsizlik kamerası deməkdir. Burada fiziki və hüquqi şəxslər tərəfindən quraşdırılan təhlükəsizlik kameralarının, yəni ictimai təhlükəsizlik kameraları da nəzəqərə alınmaqla Londonda 4 milyon 441 min təhlükəsizlik kamerası mövcuddur. Burada isə təqribən hər iki nəfərə bir təhlükəsizlik kamerası deməkdir. Xüsusilə də nəqliyyatda –məsələn metro stansiyalarında 15576, nəqliyyatda 63449 və.s. Bunu ona görə söyləyirəm ki, təhlükəsizlik kamerası cinayətkarların ifşa olunmasında böyük rol ognayır. Həm də onun çox böyük xəbərdaredici əhəmiyyəti var. İnsanları cinayət törətməkdən çəkindirir. Mən vaxtilə şəhərsdalma və tikinti Məcəlləsi qəbul olunanda da dedim ki, bütün yaşayış binalarında təhlükəsizlik kameralarının qraşdırılmasını həmin tuikinti şirkətlərinin öz ixtiyarına buraxmaq lazımdır”.

Nəqliyyatdan söz düşmüşkən, Q.Həsənquliyev dedi ki, Bakı şəhərində çox ciddi sıxlıq var: “Hesab edirəm ki, xüsusi dövlət proqramı qəbul olunmalıdır. Ən əzı 5 il ərzində Bakıda metrostansiyalarının sayını 100-ə çatdırmaq lazımdır. Bunun üçün həm Dövlət Neft Fondundan vəsait ayırmaq, həm də xarici şirkətləri və investiorları bu işə cəlb etmək olar”.

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR