Onlayn ictimai-siyasi qəzet
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Q.Həsənquliyev Musavat.com-a məlumatı təsdiqləyərək bildirib ki, elə bu gün bildiriş vərəqəsi götürülüb və günün ikinci yarısı namizəd olduğu dairəyə sənədlər tədqim edilib.
Bundan sonrakı mərhələdə sənədlərlə tanışlığın ardınca imza vərəqələri veriləcək. Q.Həsənquliyev onu da bildirib ki, ƏHD-nin İdarə Heyətinin iclası keçirilib və 20 dairədən partiyanın namizədləri müəyyənləşdirilib.
Qeyd edək ki, 6-cı çağırışda Q.Həsənquliyev 36 saylı Xətai Seçki Dairəsini təmsil edirdi.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ