Onlayn ictimai-siyasi qəzet
Qubanın Təngəaltı kəndində sel restoranı aparıb.
Musavat.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videodan da göründüyü kimi, sel restoranın stol-stullarını aparır.
Qeyd edək ki, öz gözəl təbiəti, təmiz havası ilə tanınan Təngəaltı kəndi yerli turistlərin ən çox üz tutduğu istirahət zonalarından biridir.
Xatırladaq ki, dünən axşam saatlarında bir sıra rayonlarda leysan xarakterli yağış yağıb. Quba, Göygöl rayonlarından keçən çaylara sel gəlib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ