İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada qazilərlə görüş keçirildi - FOTOLAR

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin sədri Bəhruz Məmmədzadə və sədr müavini Rəfail Nuruyev Quba rayonu icra hakimiyətinin başçısı Ziyəddin Əliyevin qəbulunda olublar.

Musavat.com xəbər verir ki, görüşdə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin Quba rayon filialının sədri Ramin Yunusov icra başçısına təqdim edilib.

Bundan sonra Quba raynonu icra hakimiyətinin məsul şəxsləri ilə ümummilli lider Heydər Əliyevin abidəsi və qürur mənbəyimiz olan şəhidlər xiyabanı ziyarət edilib.

Sonda idarə heyətinin sədri Bəhruz Məmmədzadə Quba rayonu və ətraf rayonlardan olan qazilərlə görüşüb, onlarla fikir mübadiləsi aparıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR