Onlayn ictimai-siyasi qəzet
Bu gün yerli vaxtla səhər saat 05.08-dən Çeçenistanın mərkəzi Qroznı aeroportunda “Xalça” planı elan olunub.
Musavat.com-un xəbərinə görə, Qroznı aeroportunun baş direktoru Alvi Şaxqiriyev yerli mətbuata bildirib ki, hava limanı təyyarələrin hərəkəti üçün bağlıdır.
Bildirilir ki, hava limanından 6 ölkədə 17 istiqamətə uçuşlar həyata keçirilir. Hazırda hava limanında daxili və beynəlxalq marşrutlara xidmət göstərən bir sərnişin terminalı fəaliyyət göstərir. Maraqlıdır ki, aeroportun xidmət göstərdiyi aviadaşıyıcılar arasında AZAL-ın adı qeyd olunmayıb: Aeroflot, S7, UTair, Ural Airlines, Uzbekistan Airways, Centrum air, UVT Aero, SCAT Airlines və Nordwind.
Xatırladaq ki, dekabrın 25-də Azərbaycana məxsus təyyarə Qroznı aeroportuna eniş etmək istəyərkən hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Həmin vaxt da ərazidə Ukrayna dronları müşahidə olunmaqla onlara qarşı mübarizə həyata keçirilsə də, “Xalça” planı elan olunmayıb, vəziyyətlə bağlı Azərbaycan təyyarəsinin ekipajı məlumatlandırılmayıb.
Musavat.com
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ