Onlayn ictimai-siyasi qəzet
Avstriya hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə "İranla əlaqəli şəxslər" tərəfindən təhlükənin olduğunu göstərən kəşfiyyat məlumatlarına malikdir.
Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən “The Wall Street Journal” yayıb.
MAQATE-nin qərargahı Vyanada yerləşir. Müəyyən bir üçüncü şəxsdən Grossi üçün təhlükə barədə məlumat aldıqdan sonra Avstriya hakimiyyəti onu gecə-gündüz gücləndirilmiş mühafizə altında keçirməyə qərar verib. İyunun sonunda agentlik rəhbərinə Avstriya Daxili İşlər Nazirliyinin “Kobra” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri mühafizəçi təyin edilib.
Nəşrin mənbələrindən birinə görə, təhlükə “İranla əlaqəli şəxslərdən” gəlir. Qəzetin ikinci həmsöhbətinin sözlərinə görə, təhlükə mənbəyi bilavasitə İrandadır və Avstriya hakimiyyəti mövcud vəziyyəti çox ciddi qəbul edir. MAQATE-nin sözçüsü Fredrik Dahl The Wall Street Journal-a deyib: "Avstriyanın Kobra dəstəsindən mühafizəçilər təmin etdiyini təsdiqləyə bilərik, lakin təhlükənin mənbəyi haqqında məlumatı təsdiq edə bilmərik".
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ