Onlayn ictimai-siyasi qəzet
Fransa Futbol Federasiyası DÇ-2022-nin 3-cü turunda millinin hücumçusu Antuan Qrizmanın Tunisə vurduğu qolun ləğv edilməsi ilə bağlı FİFA-ya şikayət məktubu göndərib.
Qol.az xəbər verir ki, federasiya nümayəndəsi bu barədə Le Parisen"ə açıqlamasında bildirib: “Səhvən ləğv edilən Antuan Qrizmannın qolu ilə bağlı şikayət edirik. Belə bir şikayət matç bitdikdən sonra 24 saat ərzində FİFA-ya göndərilməlidir”.
Bildirilir ki, şikayət VAR sistemindən istifadə vaxtı ilə bağlıdır.
Qeyd edək ki, 90+8-ci dəqiqədə Fransa yığmasının hücumçusu Antuan Qrizmann qol vuraraq hesabı bərabərləşdirib. Bununla belə, görüşün baş hakimi Metyu Konqer final fitindən sonra VAR-a müraciət edib və ofsayta görə qol ləğv edilib.
Xatırladaq ki, məğlubiyyətə baxmayaraq, Fransa D qrupunda lider kimi 1/8 finala yüksəlib.
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ