İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryandan sülh sazişi ilə bağlı SON DƏQİQƏ açıqlaması

“Ermənistan Xankəndi ilə Bakı arasında müzakirələrin beynəlxalq platformada baş verməsinin tərəfdarıdır. İrəvan bu mexanizmin yaradılması üçün tərəfdaşları ilə işləməyə davam edir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Sülh müqaviləsində hər şey aydın şəkildə göstərilməlidir. Ermənistan tərəfi bunun üzərində işləyir, biz qarant institutunun yaradılmasının tərəfdarıyıq. Bu, Ermənistan tərəfinin mövqeyidir. Bu mexanizm müzakirə olunan başqa bir beynəlxalq müqavilədə qeyd oluna bilər. Sənəd hələ yekun deyil, danışıqlar gedir, ictimaiyyətin aydın cavablar gözlədiyi aydındır, amma bu, danışıqlar prosesidir. Azərbaycanın bizə təhvil verdiyi mətn üzərində işlədik. İndi erməni tərəfi təklif üzərində çalışır və düşünürəm ki, mətn ən qısa zamanda hazır olacaq”, - deyə Qriqoryan bildirib.

O qeyd edib ki, sülh müqaviləsi layihəsində Qarabağın adı çəkilir, lakin nəzərə almaq lazımdır ki, sənəd hələ yekun deyil, çünki danışıqlar davam edir.

Sülh sazişində “Dağlıq Qarabağ” məsələsinin hər hansı formada qeyd olunmasının Ermənistan üçün prinsipial olub-olmaması ilə bağlı suala Təhlükəsizlik Şurasının katibi belə cavab verib: “Ermənistan tərəfi üçün “beynəlxalq” kimi görünən mexanizmin qurulması daha vacibdir. Onun çərçivəsində Bakı və Xankəndi (qondarma, oyuncaq “dqr” - red.) təhlükəsizlik və hüquq məsələlərini müzakirə edəcək. Hansı formatda ediləcək - fərqi yoxdur. Əsas odur ki, mexanizm yaradılsın”.

Sülh sazişinə konkret nəyin daxil edildiyi sualına cavab olaraq Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, konkret heç nə yoxdur, burada yanaşma tərzi daha vacibdir. Onun sözlərinə görə, Bakı və “Xankəndi” arasında təhlükəsizlik və hüquq məsələlərini müzakirə etmək üçün beynəlxalq mexanizm yaradılmalıdır. “Biz başa düşməliyik ki, hansı mexanizm təhlükəsizliyə və hüquqlara zəmanət verir”, - deyə Armen Qriqoryan əlavə edib.

Belə görünür ki, Ermənistan tərəfi yenə də qəbuledilməz şərtlər irəli sürməkdə israr edir. Rəsmi İrəvan hiyləgərliklə Azərbaycanın ayrılmaz tərkib hissəsi sayılan Qarabağda, rus sülhməramlıların nəzarət etdiyi ərazidə qurulan qondarma və oyuncaq hökuməti beynəlxalq platformaya çıxarmaq və beləliklə onları legitim qurum olaraq təqdim etmək istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR