Onlayn ictimai-siyasi qəzet
“Biz bunun uğursuzluğa səbəb olacağını görürdük. Biz Rusiyadan asılılığı azaltmaq üçün münasibətlərdə köklü dəyişiklik etməyə məcbur qaldıq. Buna görə də deyə bilərəm ki, təhlükəsizlik baxımından bir çox irəliləyişlər var. Beləliklə, məsələn, 2020-ci ildə silahların 96%-i Rusiyadan alınırdısa, son 4 ildə bu 96% 10%-dən də aşağı düşüb və bu, reallıqdır”, - Qriqoryan bildirib.
O, bəyan edib ki, Rusiya Ermənistana silah göndərib, lakin Ermənistan göndərilənlərlə kifayətlənmir.
“Biz daha çox göndərilməli olduğunu düşünürük. Biz bunun pulunu onlara ödəmişik və son 4 ildə ödədiyimizə uyğun silah almamışıq”, – Qriqoryan qeyd edib.
O, əlavə edib ki, Ermənistan öz silahlarının istehsalı üzərində “intensiv” işləyir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ