Onlayn ictimai-siyasi qəzet
Ermənilərin Qarabağdan çıxması bir çox amillərə görə baş verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yanvarın 23-də yerli jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, ermənilərin Qarabağdan çıxmasının səbəbi birmənalı olaraq Paşinyan iqtidarı deyil.
“Hər kəs, o cümlədən Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin mən bu müzakirəyə girmək istəmirəm”, - deyə Ermənistan rəsmisi bildirib.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ