İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoz-fındıq yeyənlər niyə çox yaşayır?

Fındıq və günəbaxan tumları erkən ölüm riskini yarıya endirir, çünki bu qidalar omeqa-6 yağ turşuları ilə zəngindir.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Şərqi Finlandiya Universitetinin (UEF) alimləri açıqlama yayıb.

“Omeqa-6 çoxlu doymamış yağ turşularıdır və qanda xolesterinin səviyyəsini normallaşdırır, iltihab əleyhinə birləşmələrin istehsalını təşviq edir, təzyiqi normallaşdırır və bununla da ürək-damar sisteminə faydalı təsir göstərir”, - tədqiqatçılar izah ediblər.

Təcrübə zamanı alimlər 42-60 yaş arası 2480 nəfərin qanında yağ turşularının səviyyəsini təhlil ediblər. Daha sonra iştirakçılar 22 il ərzində müxtəlif testlərdən keçiblər və bu müddət ərzində 1143 nəfər müxtəlif xəstəliklərdən ölüb. Məlum olub ki, rasionda qoz-fındıq və günəbaxan tumlarına üstünlük verənlərdə linoleik turşusu yüksək olduğu üçün erkən ölüm riski 43% azalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR