Onlayn ictimai-siyasi qəzet
“Aparılan danışıqlarda Azərbaycan-Ermənistan dövlətlərarası sərhədindən qoşunların çıxarılması məsələsi müzakirə olunub”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Biz inanırıq ki, qoşunların çıxarılması müsbət nəticə verəcək və gərginliyin qarşısını almağa kömək edəcək”, - deyə Mirzoyan söyləyib.
Onun sözlərinə görə, əsas proses sülh müqaviləsinin imzalanması istiqamətində gedir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ