Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən rəsmi nahar artıq başa çatıb.
Musavat.com xəbər verir ki, “Ukrainska Pravda”nın Ukrayna nümayəndə heyətindəki mənbəsinə istinadla verdiyi məlumata görə, liderlərin görüşü iki saatdan artıq davam edir ki, bu da əvvəlcədən planlaşdırılandan daha uzun müddətdir.
Qeyd edək ki, tərəflər danışıqlarda əsasən müharibənin dayandırılması yolları, təhlükəsizlik əməkdaşlığı və silah tədarükü məsələlərini müzakirə edirlər. Görüşün yekunlarına dair bəyanatın yaxın saatlarda veriləcəyi gözlənilir.
Musavat.com
20 Oktyabr 2025
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ