Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Macarıstanın Rusiya neftinə ciddi ehtiyac duyduğunu başa düşür.
Musavat.com xəbər verir ki, Amerika prezidenti bunu Ağ Evdə Vladimir Zelenski ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib: "Onlar üçün neft əldə etmək çox çətindir. Mən bunu başa düşürəm. Macarıstan çox maraqlı vəziyyətdədir, çünki onların limanları yoxdur; dənizə çıxışı yoxdur. Macacarıstan, belə demək mümkünsə, çətin vəziyyətdədir, çünki onların uzun illərdir mövcud olan bir boru kəməri var. Və onlar dənizə çıxışı yoxdur. Görək necə olacaq".
O, həmçinin qeyd edib ki, bu məsələni Macarıstanın baş naziri Viktor Orbanla müzakirə edib: "Mən Macarıstanın gözəl lideri ilə danışdım". O, danışıqların təfərrüatlarını açıqlamayıb.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ