Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Nobel mükafatı ilə təltif olunmayıb və qalibi tanımadığını etiraf edib.
Musavat.com xəbər verir ki, Tramp jurnalistlərlə söhbətində bu barədə danışarkən deyib:
“Mən Nobel mükafatı almadım. Onu yaxşı bir qadın aldı. Onun kim olduğunu bilmirəm, amma o, böyük səxavət nümayiş etdirib”.
Tramp daha əvvəl dəfələrlə bəyan edib ki, xüsusən də münaqişələrin həlli və sülh proseslərinə töhfəsinə görə bu mükafata layiq olduğunu düşünür.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ