Onlayn ictimai-siyasi qəzet
Qərbi Gürcüstandakı Şovi kurortunda baş verən sürüşmə nəticəsində 11 nəfər ölüb, daha 25 nəfər itkin düşüb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölənlər barədə Gürcüstan Səhiyyə Nazirliyinin rəhbəri Zurab Azaraşviliyə istinadən "İmedi" telekanalının efirində məlumat verilib.
“Raçada çox ciddi faciə baş verdi... Mən mümkün qədər yaxın idim və episentrdə gördüklərim çox ağırdır. Bu bölgə üçün bu, çox böyük fəlakətdir. Təəssüf ki, artıq 11 ölü tapılıb, 25 nəfərin axtarışı davam etdirilir”, - nazir bildirib.
Fövqəladə Hallar Xidmətinin rəhbəri Temur Mqebrişvili bildirib ki, Şovi kurortunda sürüşmə zamanı itkin düşənlərin ailə üzvləri helikopterlə təbii fəlakətin episentrinə aparılacaq.
Son məlumatlara görə, avqustun 3-də Şovidə enən sürüşmə nəticəsində 11 nəfər ölüb. Körpülər dağılıb, Şovinin girişindəki yol zədələnib. Bu vaxta qədər xilasedicilər 210 nəfəri təxliyə edib, 25 nəfər isə axtarılır.
“Şovi kurortunun xarici aləmlə əlaqəsi kəsilib. Saat 15:00-da baş verən təbii fəlakətdən yarım saat sonra Şovinin bütün ərazisi kifayət qədər böyük miqdarda torpaq kütləsi ilə örtülmüşdür. İki milyon kubmetrdən çox su enib”, - Raça-Leçxumi və Kvemo Svaneti bölgəsinin qubernatoru Papuna Marqvelidze “Rustavi 2” telekanalına bildirib.
Torpaq sürüşməsinə güclü yağışlar, buzlaqların əriməsi və sel axını səbəb olub, - parlamentin ətraf mühitin mühafizəsi komitəsinin sədri Maya Bitadze bildirib. Mütəxəssislər Şovi kurortuna təxminən beş milyon kubmetr bərk kütlənin gəldiyini deyirlər.
Gürcüstan hərbçiləri dağıntıları təmizləməyə başlayıb.
Avqustun 7-si Gürcüstanda matəm günü elan edilib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ