İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu 10 yaşlı uşağı vəhşicəsinə döyüb - İDDİA + FOTO/VİDEO

“Qonşunun 25 yaşlı oğlu qardaşımın 10 yaşlı uşağını vəhşicəsinə döyüb”.

Musavat.com xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Şəmkir rayonunun Yeni Həyat kənd sakini Qöncə İbrahimova müraciət edib.

Vətəndaşın iddialarına görə, hadisə azyaşlının itə daş atmasına görə baş verib:

“Dekabrın 18-də it uşağın üstünə hürüb. O da qorxduğu üçün daş atıb. Buna görə qonşunun 25 yaşlı oğlu İltifat Süleymanov qardaşımın oğlunu döyüb. Onun atası Elman Süleymanov isə uşağı təhdid edib ki, əgər bu barədə evdə desə, onun da, bacısının da başını kəsəcək, onu itə yedirəcək. Qardaşım fiziki məhdudiyyətlidir.

Qonşularının təhdidindən evdə qala bilmirlər. Hadisənin görüntüləri kameralara da düşüb. Uşaq ekspertiza olunub və bildirilib ki, bədənində ağır xəsarətlər var. Polisə də müraciət etmişik, lakin bir tədbir görülmür”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna müraciət etdik. Qurumun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, sözügedən məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Müraciət əsasında məsələ ilə bağlı araşdırma aparılır və tezliklə hüquqi qiymət veriləcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR