Onlayn ictimai-siyasi qəzet
"Artıq 4-cü dəfədir ki, Şuşaya səfər edirəm. Şuşaya hər səfərim tamam başqa həyəcan və hislərlə keçir".
Bu sözləri V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının iştirakçısı, Azərbaycanın əməkdar artisti, xanəndə Qoçaq Əsgərov Musavat.com-a açıqlamasında deyib.
Əməkdar artist ötən il olduğu kimi bu il də "Xarıbülbül" festivalının çox möhtəşəm şəkildə təşkil olunduğunu qeyd edib:
"Ötən il hava günəşli idisə, bu il festival yağışlı havaya təsadüf etdi. Amma hər kəs böyük həvəslə festivalda iştirak edir".
Qeyd edək ki, Əməkdar artist Qoçaq Əsgərov festivalın 2-ci günündə tar ifaçısı Arslan Növrəsli ilə birlikdə "Bayatı - Kürd kompzisiyası", "Blues - Muğam", "Şur kompozisiyası", "Dədə Qorqud" filmindən "Yallı" ifa edib.
Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com
21 Sentyabr 2024
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ