İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal Media Forumun iştirakçılarının Şuşaya səfəri başlayıb- VİDEO, FOTO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Mətbuat Günü münasibətilə keçiriləcək “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər.

Musavat.com xəbər verir ki, nümayəndə heyətinin təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.

Forum iştirakçıları oradan Şuşaya yola düşüblər.

Qeyd edək ki, forumda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edəcək.

Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.

Sessiyalarda isə medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.

Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi “side event”lərin (paralel tədbirlərin) - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.

Forum iyulun 23-ü axşama qədər davam edəcək.

Musavat.com Bakıdan Füzuliyə uçuşu əks etdirən video-görüntüləri eksklüziv olaraq təqdim edir:


rrrr.jpeg (240 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR