Onlayn ictimai-siyasi qəzet
"Meşəli hadisələrində anam, bacım və qızım xəsarət aldı. Vaqif Xaçatryan və onun qardaşı qətliamda iştirak edib. Qızım mənə dedi ki, ata, Vaqif Xaçatryan bizi güllələdi. Vaqif indi burada özünü yazıq kimi göstərir, amma gözünün içinə qədər yalan danışır".
Musavat.com xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində zərərçəkmiş Çərkəz Mehrəliyev deyib.
Zərərməkmiş məhkəmədən Xaçatryan və onun dəstəsinə ən ağır cəza verilməsini istəyib.
"Çünki onlar bizə olmazın işgəncələrini veriblər", - deyə Çərkəz Mehrəliyev qeyd edib.
Vaqif Xaçatryan isə yenə də and-aman edərək həmin hadisələrdə iştirak etmədiyini deyib.
Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ