İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılın qiymətində növbəti ARTIM

Türk qızılının qramı 130, italyan qızılının qramı isə 180 manata çatıb.

Musavat.com Xəzər TV-yə istinadən məlumat verir ki, paytaxtın qızıl bazarında qiymətlər artıb. İki ay əvvəllə müqayisədə türk qızılının qramı 20, italyan qızılının isə 25-30 manat artıb.

Bayram günü olduğundan qızıl bazarında canlanma var idi. Kimisi piştaxtalara baxıb keçir, kimisi isə hədiyyəlik zinət əşyası alırdı.

Satıcılar da qiymətlərin əhəmiyyətli dərəcədə artığını bildirirlər. Onlar qeyd edirlər ki, qızılın qiymətindəki artımın davam edəcəyi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR